Bu ödəniş yanvarın 1-dən bütün telefon sahiblərindən tutulacaq – DİQQƏT

Bu ödəniş yanvarın 1-dən bütün telefon sahiblərindən tutulacaq – DİQQƏT Maraqlı

Türkiyədə Xüsusi Rabitə Vergisi 2026-cı ilin yanvar ayından etibarən yenidən artacaq.

News24.az xəbər verir ki, hazırda 570 lirə olan bu ödəniş gələn ildən 715 lirəyə yüksələcək. Artım mobil operatorlardan asılı olmayaraq bütün yeni xətt sahiblərinə şamil olunacaq.

Bu qərar Yenidən Qiymətləndirmə Dərəcəsi çərçivəsində həyata keçirilir. Rəsmi məlumata görə, 2025-ci il üçün müəyyən edilən 25,49 faiz dərəcəsi bir çox vergi, rüsum və cərimələrə təsir göstərəcək.

Yeni qaydalara əsasən, istər fakturalı, istərsə də fakturasız xətt sahibləri bu vergini ödəməli olacaqlar. Operatorlar ödənişi 12 ay ərzində hissə-hissə tətbiq edəcək. Beləliklə, 2026-cı ildə yeni xətt alan abunəçilər ayda təxminən 59,5 lirə ödəyəcəklər.

Xüsusi Rabitə Vergisi mobil və ev internet xidmətlərinə 10 faiz dərəcəsində tətbiq olunur. Yeni artımla bu faiz nisbəti qalacaq, lakin ümumi məbləğ artdığı üçün istifadəçilər fakturalarında daha çox vergi ödəyəcəklər.