Bu oyunlar telefonunuzun batareyasını təhlükəyə atır

Bu oyunlar telefonunuzun batareyasını təhlükəyə atır Maraqlı

Bu oyunlar telefonunuzun batareyasını təhlükəyə atır

Mobil cihazlarda yüksək qrafika tələb edən oyunlar uzunmüddətli istifadədə batareyanın sürətlə qızmasına və hətta partlayış riskinin artmasına səbəb ola bilər.

News24.az xəbər verir ki, son vaxtlar populyarlığı artan "Roblox", "Genshin Impact", "PUBG Mobile", "Call of Duty Mobile" və "Free Fire" kimi oyunlar prosessor və ekranın maksimum gücdə işləməsinə gətirib çıxarır. Bu isə batareyanın həddindən artıq yüklənməsi, tez boşalması və təhlükəli dərəcədə qızması ilə nəticələnə bilər.

Cib telefonu təmirçiləri istifadəçiləri xüsusilə uzun oyun seanslarında diqqətli olmağa çağırırlar. Mütəxəssislərin sözlərinə görə, intensiv və uzunmüddətli istifadə batareyanın şişməsinə səbəb ola bilər. Bu isə həm cihazın sıradan çıxması, həm də istifadəçi üçün real təhlükə deməkdir. Şişmiş batareyalar ekranın qabarıqlaşmasına, cihazın zədələnməsinə və hətta yanğın riskinə yol aça bilər.