Bu proqramlarla sizi izləyə, şantaj edə bilər – Təcili telefondan silin
Maraqlı
2024-cü ilin iyunundan 2025-ci ilin mayına qədər “Zscaler” şirkətinin mütəxəssisləri “Google Play” mağazasında yüzlərlə zərərli proqram aşkar ediblər.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən proqramlar ümumilikdə 40 milyondan çox dəfə yüklənib.
Tədqiqatçılar bildiriblər ki, mobil cihazlara edilən hücumlar illik müqayisədə 67 faiz artıb, əsas təhlükələr isə casus proqramlar və bank troyan viruslarıdır.
“Zscaler”in məlumatına görə, kibercinayətkarlar klassik kart fırıldaqlarından mobil ödəniş hücumlarına keçirlər.
Hücum üsullarına fişinq, SMS saxtakarlıq, sim kartların saxtalaşdırılması və saxta ödəniş sxemləri daxildir.
“Google Play”də yoluxmuş tətbiqlərin sayı 200-dən 239-a qədər artıb, yüklənmə sayı isə 42 milyondan çoxdur.
Xüsusi diqqət reklam proqramlarına yönəlib. Bu proqramlar artıq bütün yoluxmaların 69 faizini təşkil edir, bu isə keçən il ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur.
İkinci yerdə isə “Joker trojanı” var, ötən il lider olan bu proqramın payı indi 23 faizə düşüb.
"Casus" proqram seqmenti xüsusilə sürətlə artır. Artım 220 faiz təşkil edir.
Əsas yoluxma mənbələri “SpyNote”, “SpyLoan” və “BadBazaar”-dır. Bunlar izləmə, şantaj və şəxsi məlumat oğurluğu üçün istifadə olunur.
Hücumların əksəriyyəti Hindistan, ABŞ və Kanadaya düşüb. Burada bütün insidentlərin 55 faizi qeydə alınıb.
Bundan əlavə, İtaliya və İsraildə hücumların sayı əvvəlki illə müqayisədə 800 faizdən 4000 faizə qalxıb.
“Zscaler” hesabatında xüsusilə 3 təhlükəli zərərli proqram qeyd olunur:
• Anatsa
• Android Void (Vo1d)
• Xnotice
“Google Play”dən yüklənən tətbiqlər də təhlükəli ola bilər. Qorunmaq üçün sistemi müntəzəm yeniləmək, proqramları yalnız etibar etdikləri şirkətlərdən yükləmək, lazımsız icazələr verməmək, artıq tətbiqləri silmək və “Play Protect”i aktiv etmək lazımdır.