Bu robot yoxsulluğu aradan qadıracaq
Maraqlı
“Tesla” şirkətinin sahibi İlon Mask insanabənzər “Optimus” robotunun inqilabi potensialı haqqında bəyanat verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Maskın sözlərinə görə, “Tesla”nın bu ixtirası dünyadakı yoxsulluq problemini aradan qaldıra bilər.
"“Optimus" yoxsulluğu aradan qaldıra və hər kəsə universal yüksək gəlir təmin edə bilər",- deyə Mask özünün “X” platformasında yazıb.
Bunun necə həyata keçiriləcəyini isə Mask açıqlamayıb.
İlon Mask robotun bu sahədəki ən yaxşı mütəxəssislərdən belə daha yüksək keyfiyyətlə cərrahi əməliyyatlar icra edə biləcəyini iddia edib.