Bu şəhərlər su altında qalacaq
Maraqlı
Alimlər qlobal istiləşmənin fəsadları ilə bağlı yeni xəbərdarlıq yayıblar. Tədqiqatçılar bildirirlər ki, dəniz səviyyəsinin qalxması və daşqınların artması nəticəsində növbəti 100 il ərzində dünyanın onlarla böyük şəhəri tamamilə su altında qala bilər.
News24.az xəbər verir ki, riskli şəhərlər sırasında Türkiyənin İstanbul və İzmir vilayətləri də yer alır.
"Swiftest" şirkətinin həmtəsisçisi Metyu H. Neş tərəfindən aparılan araşdırma göstərib ki, iqlim dəyişikliyi nəticəsində 37 iri şəhər yaşayış üçün yararsız hala düşə bilər. Araşdırmada qeyd olunur ki, bir çox sahilyanı şəhərlər hələ də effektiv müdafiə planlarına malik deyil. Bəzi dövlətlər drenaj və daşqınlara qarşı sistemlər yaratsa da, əksər ölkələrdə infrastrukturun zəifliyi səbəbindən risk ildən-ilə artır.
Mütəxəssislər bildirirlər ki, Türkiyənin iki böyük şəhəri - İzmir və İstanbul dəniz səviyyəsinin qalxması baxımından yüksək risk qrupuna daxildir. Xüsusilə İzmir körfəzi və İstanbul sahillərinin gələcəkdə daşqınlara məruz qalacağı proqnozlaşdırılır.
Ən çox risk altında olan 20 şəhər:
Vankuver – Kanada
Dubay – BƏƏ
Lissabon – Portuqaliya
Boston – ABŞ
Sidney – Avstraliya
İsgəndəriyyə – Misir
Mayami – ABŞ
San-Fransisko – ABŞ
Ho Chi Minh – Vyetnam
Dəkkə – Banqladeş
London – Böyük Britaniya
Cakarta – İndoneziya
Banqkok – Tailand
Kolkata – Hindistan
İzmir – Türkiyə
İstanbul – Türkiyə
Osaka – Yaponiya
Nyu-York – ABŞ
Mumbay – Hindistan
Tokio – Yaponiya
Tədqiqat müəllifləri qeyd edirlər ki, əgər istixana qazlarının tullantıları azaldılmazsa, 2100-cü ilə qədər dəniz səviyyəsi bir metrə qədər yüksələ bilər. Bu isə bir çox tarixi və iqtisadi mərkəzlərin tamamilə su altında qalmasına səbəb ola bilər.