Bu şirələri əsla spirtlə qarışdırmayın
Maraqlı
Ananas və qreyfrut şirələri alkoqolun bədənə mənfi təsirini artırır.
News24.az xəbər verir ki, bunu Doktor İsayev Klinikasının narkoloqu və baş həkimi Daniil Petrov bildirib.
O qeyd edib ki, bəzi sitrus meyvələri, əsasən qreypfrut, qaraciyər və bağırsaqların ferment sistemlərinə təsir göstərə bilər: “
Qreypfrut şirəsi alkoqolun orqanizmdən xaric olunmasını ləngidə bilər. Bunun səbəbi bu meyvənin qaraciyərdə və bağırsaqlardakı bəzi fermentlərin fəaliyyətini zəiflətməsidir.
Nəticədə alkoqol parçalanarkən yaranan zərərli asetaldehid maddəsi bədəndə daha uzun müddət qala bilər. Bu da baş ağrısı, ürəkbulanma, halsızlıq və digər əlamətlərlə özünü göstərə bilər”.