Bu vərdiş göz sağlamlığı üçün əsl təhlükədir
Maraqlı
Araşdırmalar göstərir ki, tam qaranlıq mühitdə smartfona baxmaq gözlər üçün həddindən artıq yüklənmə yaradır. Ekranın parlaq işığı ilə qaranlıq arasındakı kəskin kontrast göz əzələlərini həddən artıq gərginləşdirir, göz daxili təzyiqi artırır və mavi işığın torlu qişaya təsirini gücləndirir.
News24.az xəbər verir ki, bu zamanı insanlar 60 faiz daha az göz qırpır, nəticədə artıq bir saat sonra quruluq, qızartı və “rəqəmsal göz yorğunluğu” yaranır. Həssaslığı olan şəxslərdə bu vəziyyət hətta qlaukoma tutmasına yol aça bilər.
Həkimlərin tövsiyələri belədir:
ekranın parlaqlığını azaltmaq və gecə rejimini aktivləşdirmək;
otaqda zəif işıq mənbəyindən (gecə lampası) istifadə etmək;
ideal halda isə telefonu yatmazdan 1–2 saat əvvəl kənara qoymaq (bu, yuxunun keyfiyyətini də yaxşılaşdırır).