Bursa səmasında nadir bulud: Hər kəsi heyrətləndirdi - Video
Maraqlı
Bursa səmasında lentikulyar bulud yaranıb və şəhərin bir çox nöqtəsindən müşahidə edilib.
News24.az xəbər verir ki, təxminən yarım saat sonra dağılan bu buludu bir çox sakin mobil telefonla qeydə alıb.
Türkiyə Dövlət Meteorologiya Xidmətinin məlumatına görə, lentikulyar buludlar yer səthindəki yüksəkliklərin yaratdığı hava axınındakı dalğalanmalar və küləyin təsiri nəticəsində formalaşır. Bu tip buludların aşağı hissəsində turbulentlik müşahidə olunur və onlar istənilən coğrafi ərazidə yarana bilər.