"ChatGPT" şok elanı ilə gündəmə gəldi: Aylıq milyonluq maaşla işçi axtarılır
Maraqlı
“ChatGPT”nin inkişaf etdiricisi olan "OpenAI" süni intellektin yaratdığı potensial risklərin idarə olunması məqsədilə yeni vəzifə üzrə işçi axtarır.
News24.az xəbər verir ki, “hazırlıq rəhbəri” (Preparedness Lead) vəzifəsi illik 555 min dollar maaş və əlavə səhmlərlə təklif olunur.
"OpenAI"nin baş direktoru Sem Altman bildirib ki, bu vəzifə yüksək məsuliyyət və ciddi stress tələb edir. Yeni post süni intellekt modellərinin kibertəhlükəsizlik, bioloji risklər və əqli sağlamlıq sahələrində yarada biləcəyi mümkün təhdidləri əvvəlcədən müəyyən etmək və onların qarşısını almağa yönəlib.