Dağın içini oyub pendirlə doldurdular

Dağın içini oyub pendirlə doldurdular Maraqlı

Əhəngdaşının çıxarılması nəticəsində dağın altında yaranan geniş ərazilər zaman keçdikcə fərqli məqsədlər üçün istifadə olunmağa başlanıb. Bu yeraltı sahələrin bir hissəsi böyük miqdarda ərzaqların saxlanması üçün qiymətləndirilib.

News24.az xəbər verir ki, yerüstü temperaturlar fəsillərə görə kəskin dəyişdiyi halda, yeraltı mağara və tunellərdə temperatur daha sabit qalır. Bu təbii xüsusiyyət köhnə əhəngdaşı mədənlərinin nəhəng ərzaq anbarlarına çevrilməsinə zəmin yaradıb.

Xüsusilə pendir kimi müəyyən rütubət və sabit temperatur şəraitində yetişdirilməsi və saxlana bilməsi gərəkən qidalar üçün dağların daxilindəki bu yeraltı anbarlar təbii soyuducu rolu oynayır. Bu üsul enerji sərfiyyatını minimuma endirməklə yanaşı, gıdaların uzun müddət keyfiyyətini və dadını qorumasına kömək edir. pizza