Daha bir ölkədə sosial media uşaqlar üçün məhdudlaşdırılır
Maraqlı
Danimarka hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, qərar müvafiq nazirliyin təklifi və siyasi partiyaların təsdiqi ilə qəbul olunub.
Bildirilib ki, məqsəd uşaqları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaqdır. Sosial mediaya giriş minimum 15 yaşla məhdudlaşdırılacaq, lakin valideynlərin istəyi ilə 13 yaşdan etibarən istisnalar edilə bilər.
Qərara uyğun olaraq “rəqəmsal nəzarətçilər” yaradılacaq və monitorinqlər artırılacaq. Rəsmilər bu addımın Danimarkanı uşaq və gənclərin rəqəmsal rifahını qorumaqda Avropada nümunəyə çevirəcəyini bildirirlər.
Qeyd edək ki, Avstraliya artıq 16 yaşdan kiçik istifadəçilər üçün sosial mediaya girişə məhdudiyyət tətbiq edib.
Nilufər