Daş dövrü insanlarının mənası açılmamış sirli mesajları

Daş dövrü insanlarının mənası açılmamış sirli mesajları Maraqlı

Kareliya bölgəsinin qayalıqları və gölləri arasında 5–7 min il yaşı olan qədim petroqliflər (daş üzərində çəkilmiş rəsmlər) bu günədək qorunub saxlanılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təsvirlər daş dövrü insanlarının hələ də tam mənası açılmamış sirli mesajları hesab olunur.

Sözügedən petroqliflər 2021-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Əsas rəsmlər Oneqa gölünün şərq sahilində və Ağ dəniz yaxınlığında yerləşir. Burada ov səhnələri, qayıqlar, heyvan fiqurları və qədim ayinlərlə bağlı simvollar təsvir olunub.

Alimlərin fikrincə, bu yerlər təsadüfi seçilməyib. Qaya, su və göy üzü birlikdə xüsusi bir mənəvi mühit yaradıb.

Petroqliflərin elmi tədqiqinə XX əsrdə başlanılıb. Hazırda onlar lazer skanerləri və 3D modelləşdirmə texnologiyası vasitəsilə öyrənilir. Lakin daşlar zamanın təsiri, mamırların artması və turistlərin müdaxiləsi nəticəsində zərər görür.