Dediklərimiz artıq arxivləşdirilə biləcək: Çində elə bir cihaz təqdim olundu ki…
Maraqlı
Çində gündəlik istifadə üçün nəzərdə tutulmuş “ikinci beyin” texnologiyası yaradılıb.
News24.az xəbər verir ki, CES 2026 sərgisində “SwitchBot” şirkəti qulağa taxılan süni intellekt dəstəkli “MindClip” adlı cihazı təqdim edib. Yeni cihaz istifadəçinin dediklərini və səslə ifadə etdiyi fikirləri qeydə alaraq şəxsi məlumat bazasında saxlayır və ağıllı axtarış sistemi vasitəsilə bu məlumatlara sonradan asan çıxış imkanı yaradır.
Şirkətin təqdimatına görə, “MindClip” faktiki olaraq insan beyni üçün xarici yaddaş diski funksiyasını yerinə yetirir.
Cihazın çəkisi cəmi 18 qramdır və 100-dən çox dili tanıya bilir.
“MindClip”in satış qiyməti hələlik açıqlanmayıb.