Dərman qəbulunun gizli qaydası: Saatı dəyişmək təhlükəli ola bilər

Dərman qəbulunun gizli qaydası: Saatı dəyişmək təhlükəli ola bilər Maraqlı

İçdiyiniz dərmanın effektivliyi onu günün hansı saatında qəbul edilməsindən asılı olaraq dəyişə bilər.

News24.az xəbər verir ki, bu barədə rusiyalı kimya elmləri namizədi Aleksey Panov açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi orqanizmdə biokimyəvi prosesləri tənzimləyən sutkalıq ritmlərdir.

Qaraciyər fermentləri səhər saatlarında daha aktiv işlədiyindən bəzi preparatlar daha sürətli parçalanır, axşam qəbul edildikdə isə qanda daha uzun müddət qalır.

Mütəxəssis qeyd edib ki, təzyiq salan dərmanların axşam qəbul edilməsi, xolesterini azaldan statinlərin isə gecə saatlarında daha effektiv təsir göstərməsi mümkündür.

Panov xəbərdarlıq edib ki, xüsusilə epilepsiya əleyhinə preparatlar, ürək ritmini tənzimləyən dərmanlar, varfarin və bəzi antibiotiklər kimi preparatların qəbul vaxtını həkimlə məsləhətləşmədən dəyişmək təhlükəlidir.

Ekspert dərmanların təlimatında göstərilən qəbul vaxtına ciddi əməl etməyi tövsiyə edib.

O vurğulayıb ki, hətta dərman qəbulunun səhərdən axşama keçirilməsi belə müalicənin effektivliyini azalda və ya arzuolunmaz reaksiyalara səbəb ola bilər. /Gazeta.ru/