Diqqət: Bu zaman telefonunuzu üzüyuxarı qoymayın!
Maraqlı
Mütəxəssislər bildirirlər ki, telefonu masaya ekranı aşağı qoymaq həm məxfilik, həm də diqqət idarəsi baxımından mühüm üstünlüklər yaradır. Xüsusilə ictimai yerlərdə və toplantılarda bu üsul şəxsi məlumatların görünməsinin qarşısını alır və ətrafdakılara “hazırda məşğulam” mesajı verir.
News24.az xəbər verir ki, Texas Universitetinin araşdırmasına görə, ekranı üstdə qalan telefonlar istifadəçinin diqqətini yayındıraraq zehni fəaliyyəti azaldır. Ekranı aşağı çevirmək isə bildirişlərin yaratdığı vizual təsirləri aradan qaldırır, psixoloji rahatlama və daha yaxşı fokuslanma təmin edir. Bundan başqa, bu üsul batareya ömrünü uzadır, çünki bəzi modellərdə enerji qənaət rejimi aktivləşir.
Mütəxəssislər əlavə edirlər ki, ekranı bağlı şəkildə masaya qoymaq sosial münasibətlərdə də hörmət göstəricisidir. Araşdırmalara görə, insanların 89%-i söhbət zamanı qarşı tərəfin telefonla məşğul olmasından narahatlıq keçirir. Telefonu üzüyuxarı deyil, üzüaşağı saxlamaq həm sosial mədəniyyəti gücləndirir, həm də qarşı tərəfə dəyər verildiyini göstərir.
Xeyrənsə Piriyeva