Donald Tramp İsraildədir - Foto
Maraqlı
Donald Tramp İsrailə gedib.
News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın təyyarəsi Ben Qurion hava limanına enib. Sosial şəbəkə platformalarında səfərə aid görüntülər paylaşılıb.
Tramp İsraildə HAMAS tərəfindən azad edilmiş girovlarla görüşəcək və ölkə parlamentində çıxış edəcək. Daha sonra o, Misirdə keçiriləcək Sülh sammitinə yola düşəcək.
Hava limanında ABŞ liderini İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıb.
Nilufər