Dünyanın ən bahalı avtomobili görün neçə milyona satıldı

Dünyanın ən bahalı avtomobili görün neçə milyona satıldı Maraqlı

Almaniyanın Stuttgart şəhərindəki Mercedes-Benz Muzeyində nadir klassik avtomobil rekord qiymətə satılıb.

News24.az-ın məlumatına görə, satışa çıxarılan avtomobil 1955-ci il istehsalı Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe olub. Klassik avtomobil həvəskarları arasında “maşınların Mona Lizası” adlandırılan bu nadir nümunə 135 milyon avroya alıcı taparaq avtomobil tarixində ən yüksək satış qiymətinə nail olub.

Qeyd edilir ki, bu satış əvvəlki rekordçu Ferrari 250 GTO-nun qiymətini iki dəfədən çox üstələyir və unikal bir nəticə hesab olunur.