Dünyanın ən dadlı mətbəxi bu ölkədə imiş

Dünyanın ən dadlı mətbəxi bu ölkədə imiş Maraqlı

Yunanıstan dünyanın ən dadlı mətbəxi reytinqinə başçılıq edir. Ölkə təzə məhsullardan istifadə və onların düzgün hazırlanması ilə yüksək qiymətləndirilib.

News24.az xəbər verir ki, bu barədə “World Population Review” saytının rəyində bildirilir.

Saytın məlumatına görə, İtaliya, Meksika, Türkiyə və İspaniyada da olduqca yaxşı yeməklər təqdim olunur.

Ən dadsız yeməklərin hazırlandığı ölkələr sırasında isə Nikaraqua, Laos və Boliviya yer alıb. Reytinqin son pillələrində Qazaxıstan və Ermənistan da qərarlaşıb.

Dünyanın ən dadlı mətbəxi bu ölkədə imiş