Dünyanın ən qədim qocalar evi İsraildə tapıldı

Dünyanın ən qədim qocalar evi İsraildə tapıldı Maraqlı

İsraildə aparılan qazıntılar zamanı qədim Hippos şəhərində yaşlılar üçün tikildiyi ehtimal edilən dünyanın ən qədim qocalar evinin qalıqları aşkarlanıb.

News24.az xəbər verir ki, Hayfa Universitetinin Zinman Arxeologiya İnstitutu tərəfindən aparılan araşdırmalarda binanın girişində yunanca “Yaşlılara sülh olsun” yazılmış mozaik tapılıb. Arxeoloqlar bu mozaikin binanın adi ev olmadığını göstərdiyini bildiriblər.

Tədqiqatlara görə, bina Bizans dövründə, eramızın IV–V əsrlərində inşa olunub və şəhər meydanına 20 metr yaxınlıqda yerləşir. Mozaikdə meyvələr və quş təsvirləri ilə yaşlılara hörmət və qayğı simvolizə olunub.

Qazıntı rəhbəri Dr. Maykl Ayzenberq qeyd edib ki, bu tapıntı qədim dövrdə yaşlılara göstərilən qayğının ilk arxeoloji sübutudur.

Alimlər bu kəşfi “qədim dövrlərdə yaşlılara qayğıya nadir baxış” kimi qiymətləndiriblər.

Xeyrənsə Piriyeva