Dünyanın ən təhlükəli ilanı kobra deyil, budur
Maraqlı
Dünyanın ən təhlükəli ilanı kobra deyil, budur
Elm adamları müəyyən edib ki, dünyanın ən zəhərli quru ilanı nə kobra, nə də gürzədir.
News24.az xəbər verir ki, Avstraliyada yaşayan “Inland Taipan” (elmi adı Oxyuranus microlepidotus) bir dişləmədə 100 insanı öldürə biləcək qədər güclü zəhərə malikdir.
Tədqiqatlara əsasən, bu ilan kobradan 50 dəfə, burunlu engərəklərdən isə 10 dəfə daha güclü toksin ifraz edir. Onun zəhəri sinir sistemini saniyələr içində iflic edir və qısa müddətdə ürək dayanmasına səbəb olur.
“Inland Taipan” əsasən Avstraliyanın quru və səssiz səhralarında yaşayır. İnsanlarla çox nadir qarşılaşdığı üçün “ən zəhərli” olsa da, “ən ölümcül” ilan hesab edilmir.
Mütəxəssislərin sözlərinə görə, dişlənmə halında ilk 30 dəqiqə ərzində tibbi müdaxilə olunmazsa, ölüm ehtimalı demək olar ki, 100 faizdir. Avstraliyada bu ilan “səssiz qatil” adı ilə tanınır