Dünyanın ən təhlükəli yeməyi: Amma hər gün yeyirlər
Maraqlı
Kassava tropik bölgələrdə yetişən bitkidir və hər gün milyonlarla insan onunla qidalanır.
News24.az xəbər verir ki, bu bitki düzgün bişirilmədikdə zəhərli siyanid qazı əmələ gətirə bilər. Bitkinin qabığında linamarin adlı təbii maddə mövcuddur və yanlış hazırlananda bu maddə siyanidə çevrilir. Az miqdarı belə başgicəllənmə, ürəkbulanma, nəfəs çətinliyi və ölüm riski yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatına görə, hər il yüzlərlə insan kassava zəhərlənməsindən ölüb.
Düzgün bişirildikdə kassava təhlükəsizdir və qida dəyəri yüksək bir bitkidir. O, enerji, karbohidrat və lif mənbəyidir.
Xeyrənsə Piriyeva