Dünyanın ən yüksək körpüsü bu ölkədə açıldı
Maraqlı
Çinin Quycou əyalətində inşa olunan Huajianq Böyük Kanyon Körpüsü istifadəyə verilib.
News24.az xəbər verir ki, 625 metr hündürlüyə malik körpü dünyanın ən yüksək körpüsü adını qazanıb.
Beipan çayı üzərində salınan körpü 2 890 metr uzunluqdadır. O, iki dağı birləşdirərək 2 saatlıq yolu cəmi 2 dəqiqəyə endirib. Tikinti işləri 3 ilə başa çatıb.
Yeni körpü bundan əvvəl 565 metr hündürlüyü ilə rekordçu sayılan Beipanjianq körpüsünü geridə qoyub. Açılış mərasimi Çin dövlət televiziyasında canlı yayımlanıb. Tədbirdə körpünün üzərindən çaya su axıdılaraq süni şəlalə effekti yaradılıb.
Bununla belə, dünyanın ən hündür konstruktiv körpüsü titulu hələ də Fransadakı 343 metrlik Millau Viyadüğünə məxsus olaraq qalır.
Xeyrənsə Piriyeva