Ən həssas və məqsədyönlü insanların doğulduğu aylar açıqlandı

Ən həssas və məqsədyönlü insanların doğulduğu aylar açıqlandı Maraqlı

Astrologiya və numerologiyaya görə, insanın doğulduğu ay onun xarakterinə, emosional dərinliyinə və həyatda mühüm hesab etdiyi sahələrə yanaşmasına təsir göstərə bilər.

News24.az xəbər verir ki, bu barədə “Parade” jurnalı yazıb.

Nəşrin məlumatına görə, xüsusilə mart, iyul, avqust və noyabr aylarında doğulan insanlar münasibətlərə, işə, yaradıcılığa və şəxsi hədəflərinə daha çox bağlılıq göstərmələri ilə seçilirlər.

İddiaya əsasən, martda doğulanlar güclü intuisiya və həssaslıqları, iyulda doğulanlar ailə dəyərlərinə və yaxın münasibətlərə önəm vermələri ilə fərqlənirlər. Avqust ayında doğulanların təşəbbüskar və məqsədyönlü, noyabrda doğulanların isə iradəli, diqqətini uzun müddət bir məqsədə yönəldə bilən insanlar olduqları bildirilir.

Qeyd edək ki, bu fikirlər astrologiya və numerologiyanın yanaşmalarına əsaslanır və elmi cəhətdən təsdiqlənmiş fakt hesab edilmir.