Ev telefonu sayəsində milyonçu oldu

Ev telefonu sayəsində milyonçu oldu Maraqlı

ABŞ-li kontent istehsalçısı Ketrin “Cat” Gets köhnə ev telefonunu "Bluetooth" dəstəyi ilə yenidən hazırladıqdan sonra qısa zamanda böyük məşhurluq qazanıb.

News24.az xəbər verir ki, onun sosial şəbəkədə paylaşdığı video milyonlarla izlənmə toplayıb və Getsə yüz minlərlə dollarlıq sifariş gətirib.

Gets köhnə çevirməli telefonun içinə "Bluetooth" modulu yerləşdirərək onu iPhone və Android cihazlarla uyğun işləyən müasir qurğuya çevirib. Bu telefon zəngləri qəbul edə, bildirişləri ötürə və səsli köməkçi ilə işləyə bilir.

Videonun viral olmasından sonra Gets "Physical Phones" adlı marka yaradıb və retro ev telefonlarını yenilənmiş "Bluetooth" cihazlarına çevirən startap fəaliyyətinə başlayıb. Xarici mediaya görə, layihə ilk 72 saatda 118 min dollar, bir neçə ay ərzində isə 280 mindən çox gəlir əldə edib.