Evdə interneti bu üsulla surətləndirin

Evdə interneti bu üsulla surətləndirin Maraqlı

Ev interneti üçün istifadə olunan modemlərdə istifadəni yaxşılaşdıra bilən gizli parametrlər mövcuddur.

News24.az xəbər verir ki, bu barədə “SlashGear” məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, demək olar ki, bütün internet marşrutlaşdırıcıları QoS və SQM funksiyalarını dəstəkləyir.

QoS şəbəkədə müəyyən cihazlara və ya məlumat növlərinə üstünlük imkanı verir.

SQM funksiyası isə marşrutlaşdırıcının həddindən artıq yüklənməsinin qarşısını almağa və məlumat axınını prioritetlərə uyğun bölüşdürməyə kömək edir.

Bu zaman videobağlantılar kimi sürət və gecikməyə həssas proseslərə üstünlük verilir.

Mütəxəssislər bildirirlər ki, QoS və SQM funksiyalarını marşrutlaşdırıcının idarəetmə panelindən aktivləşdirmək mümkündür.

İnternet sürəti zəiflədikdə isə modemi başqa yerə yerləşdirmək, 2,4 və 5 giqahers şəbəkələrini düzgün tənzimləmək və vacib cihazları kabel vasitəsilə qoşmaq tövsiyə olunur.