Evdəki qəpiklərə diqqət edin: Bu pullar sərvət dəyərindədir
Maraqlı
Evdə və ya cüzdanda xırda pul saxlayanlar üçün maraqlı xəbər var. İngiltərədə nadir 50 penilik sikkə hərracda nominal dəyərindən 200 dəfə baha qiymətə satılıb. Kolleksiyaçıların böyük marağına səbəb olan sikkə 98 funt sterlinqə, yəni təxminən 6 400 manata alınıb.
News24.az xəbər verir ki, söhbət Kral III Çarlzın təsviri və Atlantik qızılbalığı mövzusu ilə hazırlanmış 50 penilik sikkədən gedir. Hərraca 41 funt sterlinq başlanğıc qiyməti ilə çıxarılan sikkəyə 7 gün ərzində 13 fərqli təklif verilib və nəticədə qiymət 98 funta yüksəlib.
Sikkənin üzərində tullanan Atlantik qızılbalığı təsviri və Kral III Çarlzın emblemi yer alır. Dizaynın müəllifi Martin Jenningsdir.
ChangeChecker məlumatlarına görə, bu sikkədən cəmi 200 min ədəd dövriyyəyə buraxılıb. Bu göstərici onu İngiltərədə adi dövriyyədə olan ən nadir 50 penilik sikkələrdən birinə çevirib.
Sikkənin standart nümunələri müxtəlif satış platformalarında 50-90 funt sterlinq arasında qiymətləndirilir. Hərraclarda isə kolleksiyaçıların rəqabəti qiymətin 98 funta qədər yüksəlməsinə səbəb olub.
Kral Zərbxanasının xüsusi sınaq nümunələri təxminən 150 funta, qiymətləndirilmiş və xüsusi vəziyyətdə olan nümunələr isə 185 funta qədər satıla bilir. Bu isə hazırkı məzənnə ilə təxminən 12 min manata yaxın məbləğ deməkdir.
Mütəxəssislər evində və ya əlində Britaniya sikkələri olan şəxslərə onları diqqətlə yoxlamağı tövsiyə edir. Xüsusilə nadir buraxılışlar və məhdud sayda istehsal olunan sikkələr kolleksiya bazarında nominal dəyərindən dəfələrlə baha qiymətə satıla bilər.
Bu hadisə gündəlik istifadə olunan adi qəpiklərin arasında kolleksiyaçılar üçün yüksək dəyər daşıyan nümunələrin ola biləcəyini bir daha göstərir.//Musavat.com