Eyfel qülləsi dəhşətli istidən "uzandı"
Maraqlı
Avropada davam edən isti havalar Parisin simvolu olan Eyfel qülləsini 10 santimetr uzadıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, temperaturun hər 10 dərəcə artımına görə metal konstruksiya təxminən 2 santimetr genişlənir.
Qüllənin tikintisində istifadə olunan pudlinq dəmiri istiliyin təsiri ilə uzanır, temperatur aşağı düşdükdə isə yenidən yığılır və əvvəlki ölçüsünə qayıdır.