Faxralı restoranında partlayış baş verib

Faxralı restoranında partlayış baş verib Maraqlı

İlkin məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksinin yaxınlığında yerləşən Faxralı restoranında partlayış baş verib. Nəticədə genişmiqyaslı yanğın başlayıb və alov yaşayış binalarına keçib.

İlkin ehtimallara əsasən, partlayışa qaz sızması səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının daha da genişlənməsinin qarşısı alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda xəsarət alanlar barədə məlumat verilmir.