Gəlinlik paltarında uçdu, hər kəsi şoka saldı - FOTO

Gəlinlik paltarında uçdu,  hər kəsi şoka saldı - FOTO Maraqlı

Türkiyənin Bursa şəhərində "uçan gəlin" hamını təəccübləndirib.

News24.az xəbər verir ki, şəhərin Osmanqazi rayonunun sakini Funda Çiçəkçi gəlin paltarında paraşütlə atılıb.

Məlumata görə, bu, Çiçəkçinin ən böyük arzusu imiş. Qadının bahalı gəlin libasındakı tullanışı ətrafındakı hər kəsin diqqətini çəkib. Onun videosu da qısa müddətdə sosial mediada viral olub.

Uçuşu izləyənlər 16 ildir ailəli və iki uşaq anası olan Fundanın bu hərəkətini öncə toy fotosessiyası üçün olduğunu zənn ediblər. Lakin enişdən sonra qadın bunun arzusu olduğunu və onu həyata keçirdiyini bildirib.

Gəlinlik paltarında uçdu,  hər kəsi şoka saldı - FOTO Gəlinlik paltarında uçdu,  hər kəsi şoka saldı - FOTO