Gəzintidə gizli xəzinə tapdılar

Gəzintidə gizli xəzinə tapdılar Maraqlı

Çexiyada iki turist təbiətdə gəzərkən gizli xəzinə aşkarlayıb.

News24.az xəbər verir ki, xəzinənin dəyəri 340 min dollardan çox qiymətləndirilib.

Turistlər divarın içində iki metal qutu görüb. Qutulardan qızıl sikkələr, bilərziklər və zinət əşyaları çıxıb. Tapılan qızılların ümumi çəkisi 7 kiloqram təşkil edib.

Mütəxəssislər hesab ediblər ki, xəzinə İkinci Dünya Müharibəsi dövründə gizlədilib. Turistlər tapıntını dərhal polisə xəbər veriblər. Hazırda xəzinə Şərqi Bohemiya Muzeyində qorunur. Qanuna görə, belə tapıntılar dövlətə verilir və tapan şəxslərə mükafat ödənilir.

Hadisə ölkədə böyük maraq doğurub. Sosial şəbəkədə bu olay “gəzintiyə çıxıb milyonçu oldular” başlığı ilə paylaşılıb.