Göydə son rəqs: - 500-dən çox quş...

Göydə son rəqs: - 500-dən çox quş... Maraqlı

Nature Ecology and Evolution jurnalında yayımlanan araşdırmada, dünyada mövcud olan təxminən 10 min quş növü təhlil edilib. 

News24.az xəbər verir ki, növlərin yox olma riski IUCN (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı) məlumatları əsasında qiymətləndirilib. Bunun əsas səbəbləri isə kənd təsərrüfatının genişlənməsi və intensivləşməsi, meşə qırılması, iqlim dəyişikliyi, ovlanma, istilacı növlər, təbii sərvətlərin istismarıdır.

Araşdırmalara görə, qarşıdakı yüz il ərzində 500-dən çox quş növü yox olma təhlükəsi ilə üz-üzədir. 

Alimlər bu unikal növləri qorumaq üçün təcili tədbirlərə, məsələn, nəzarət altında artırma və yaşayış mühitinin bərpası kimi xüsusi proqramlara ehtiyac olduğunu bildirirlər.

Qeyd edək ki, bu təhlükələr dərhal dayansa belə, artıq risk altında olan təxminən 250 quş növü onsuz da yox ola bilər.

Günel Məlikzadə