GTA VI-nın çıxış tarixi yenidən təxirə salındı
Maraqlı
ABŞ-nin “Rockstar Games” studiyası GTA VI video oyununun satışa çıxarılmasını gələn il mayın 26-dan noyabrın 19-dək təxirə saldığını elan edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub.
Açıqlamada bildirilib:
“Uzunmüddətli gözləməni daha da uzatmaq məcburiyyətində qaldığımız üçün üzr istəyirik. Lakin əlavə müddət bizə oyunu sizin gözlədiyiniz və layiq olduğunuz mükəmməllik səviyyəsində tamamlamağa imkan verəcək".
Studiya, həmçinin, oyun həvəskarlarına səbr və dəstək göstərdiklərinə görə təşəkkür edib.
Qeyd edək ki, bu qərar nəticəsində GTA VI-nın buraxılışı bir il gecikəcək.