Günəş ilk dəfə 3D formatında göründü
Maraqlı
Çin peyki Günəşin atmosfer təbəqələrini 3D formatında izləyərək qeydə alıb.
News24.az xəbər verir ki, ilk dəfədir Günəşə belə bir baxış təmin edilib.
Görüntülər atmosferin müxtəlif təbəqələrinin yüksək ayırdetmə qabiliyyətinə malik quruluşunu nümayiş etdirir və alimlərə Günəşin səthi və atmosferi haqqında daha dərindən məlumat əldə etməyə imkan verir. Bu nailiyyət günəş fırtınaları və kosmik hava hadisələrinin daha ətraflı təhlili üçün mühüm addım hesab olunur.