Hamının etdiyi səhv: bu geyimləri maşına atmaq olmaz!
Maraqlı
Bir çox insan hesab edir ki, müasir paltaryuyan maşınlar, xüsusilə zərif yuma rejimində, demək olar ki, bütün geyimləri təhlükəsiz şəkildə yuya bilir, lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi əşyaların maşında yuyulması həm geyimlərin korlanmasına, həm də texnikanın sıradan çıxmasına səbəb ola bilər.
News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zərif yuma rejimi bütün materiallar üçün təhlükəsiz deyil. Bəzi parçalar formasını itirə, kiçilə və ya rəngini dəyişə bilər. Digər hallarda isə əşyalar paltaryuyan maşının barabanına və ya drenaj sisteminə zərər vura bilər.
Mütəxəssislərin maşında yuyulmamasını tövsiyə etdiyi əşyalar bunlardır:
İpək, kaşmir, məxmər, zamşa və dəri kimi materiallar mexaniki təsirə və yüksək rütubətə həssasdır. Bu parçalar dartıla, rəngini itirə və ya üzərində tüklənmə yarana bilər.
Bu geyimlərdə forma verən xüsusi qatlar və astarlar olur. Yuma zamanı onlar deformasiyaya uğrayaraq geyimin formasını pozur.
Payet, muncuq, daş və digər bəzək elementləri sıxma zamanı qopa bilər. Bu hissələr həm geyimi korlayır, həm də drenaj sistemində tıxanma yarada bilər.
Yastıq, döşək örtüyü, heyvan yataqları və bəzi ayaqaltılar suyu çox çəkir. Nəticədə material formasını itirə, çatlaya və ya parçalanmağa başlaya bilər.
Beysbol kepkaları və sərt karkaslı digər baş geyimləri bir dəfə yuyulduqdan sonra belə formasını itirə bilər. Xüsusilə vizor hissəsi zədələnir.
Mütəxəssislər geyimlərin etiketlərindəki təlimatlara diqqət yetirməyi tövsiyə edirlər. Əgər əşya mürəkkəb quruluşa, dekorativ elementlərə və ya zərif materiala malikdirsə, onu əl ilə yumaq və ya quru təmizləməyə vermək daha məqsədəuyğundur.