Hər qadına yaraşan saç kəsimləri

Hər qadına yaraşan saç kəsimləri Maraqlı

Əgər siz də “Hansı saç kəsimi mənə yaraşar"? sualından bezmisinizsə, bu yazı sizin üçündür.

Stilistlərə görə, elə saç modelləri var ki, yaşdan, üz formasından və saçın quruluşundan asılı olmayaraq hər qadına yaraşır. Üstəlik, gəncləşdirici effekt verir və heç vaxt dəbdən düşmür.

News24.az Lent.az-a istinadla bu 3 universal saç modelini sizə təqdim edir:

Uzun şortlar nə ilə geyinilməli?

Milyonluq manikür: Həm pul, həm də sevgi cəlb edəcək

Gözlənilməz bir şey: varlılar ucuz alır, kasıblar isə baha

1. Long-bob (uzun bob)

Bu saç modeli artıq uzun illərdir dəbdədir və təsadüfi deyil:

Çiyin səviyyəsində və ya bir az aşağıda kəsilir. Üz formasını vizual olaraq uzadır, yanaqları vurğulayır və çənə hissəsindəki ağır görünüşü yüngülləşdirir. Dairəvi, kvadrat və oval üz formalarına tam uyğundur.

Düz və ya dalğalı saçlarda eyni dərəcədə gözəl görünür. Təbii həcm verir, fönsüz də baxımlı görünür və yaş effekti azaldır. Əgər saçınız incədir və formaya ehtiyacı varsa — long-bob sizin seçiminizdir.