İlin ən gülməli fotosu seçildi
Maraqlı
Britaniyalı fotoqraf Mark Meta Koenin “High Five” adlı şəkli “Comedy Wildlife Photography Awards 2025”in qalibi olub.
News24.az xəbər verir ki, müsabiqənin rəsmi saytında yayılan məlumata görə, foto heyvanların ən əyləncəli anlarını əks etdirən minlərlə görüntü arasında birinci yeri qazanıb.
Şəkildə gülərüzlü qorilla balasının kameralara “beşlik” verirmiş kimi jest etməsi münsiflərin və izləyicilərin xüsusi rəğbətini qazanıb.
Qeyd edək ki, “Comedy Wildlife Photography Awards” hər il dünyanın müxtəlif bölgələrindən fotoqrafları bir araya gətirir və təbiətin ən yumorlu və təsadüfi anlarını qeyd edir.