İlin ən ideal qarı bu bölgəyə yağacaq

İlin ən ideal qarı bu bölgəyə yağacaq Maraqlı

Noyabrın gəlişi ilə qışı sevənlər üçün həyəcanlı dövr başlayır, lakin alimlərin fikrincə, hər qar eyni xüsusiyyətə malik deyil.

News24.az xəbər verir ki, dünyanın ən yumşaq və ideal qarının bu il Avstriyanın Westendorf bölgəsinə yağacağı bildirilir.

Araşdırmalara əsasən, müxtəlif ölkələrdəki dağ xizək mərkəzləri “toz qar” göstəricisinə görə qiymətləndirilib.

Qiymətləndirmə zamanı səth temperaturu, yağıntı miqdarı, rütubət, hava temperaturu, külək sürəti və hündürlük kimi meyarlar nəzərə alınıb.

Nəticələrə görə, Westendorf 84,8 xal toplayaraq dünyanın ən yaxşı qarına malik bölgəsi seçilib.

İkinci yeri İtaliyanın Ortisei (84 xal), üçüncü yeri isə yenə İtaliyadan Gressoney (80,2 xal) tutub.

Siyahının davamında Avstriyadan Lech və Andorradan Soldeu gəlir. Həmçinin İsveçrə və Fransa da yüksək səviyyəli xizək mərkəzləri ilə siyahıda yer alıb.