İlin ən parlaq gecəsi: dekabr ayında nadir kosmik hadisə müşahidə olunacaq

İlin ən parlaq gecəsi: dekabr ayında nadir kosmik hadisə müşahidə olunacaq Maraqlı

2025-ci ilin ən parlaq ulduz axını – Geminidlər dekabr ayında müşahidə oluna biləcək.

News24.az xəbər verir ki, dekabrın 13-dən 14-nə keçən gecə “Əkizlər” bürcündən çıxan meteorit axını saatda təxminən 120 parlaqlıq saçan meteorit göstərəcək.

Geminidləri dünyanın demək olar ki, bütün bölgələrindən izləmək mümkün olacaq.

Qeyd edək ki, Geminidlər axını hər il dekabrın 4-20-də təkrarlanır.