İlon Maskın şirkəti tarixə düşdü: ilk dəfə bunu etdi – Video

İlon Maskın şirkəti tarixə düşdü: ilk dəfə bunu etdi – Video Maraqlı

İlon Maskın “Neuralink” startapı sensasion elmi nailiyyətə imza atıb: iflic olan bir kişi dronu düşüncə gücü ilə idarə edib.

News24.az xəbər verir ki, onurğa beyni zədəsi olan pasiyent beyninə yerləşdirilən neyrointerfeys vasitəsilə dronu istiqamətləndirib.

Bu, tam iflic vəziyyətində olan bir insanın hərəkət və xarici sensorlardan istifadə etmədən cihazı məsafədən idarə etdiyi ilk hal kimi tarixə düşüb.

Şirkətdən bildirilib ki, bu texnologiya ağır travma keçirən insanlara müstəqilliyini qaytarmaq istiqamətində mühüm addımdır.