İnsanın bədənində heç vaxt toxunulmamalı olan nöqtələr - – XƏBƏRDARLIQ

İnsanın bədənində heç vaxt toxunulmamalı olan nöqtələr - – XƏBƏRDARLIQ Maraqlı

İnsanın bədənində heç vaxt toxunulmamalı olan nöqtələr – XƏBƏRDARLIQBədənə qulluq etmək – məsələn, dəridə səpgini görüb dərhal sıxmaq, ağ saç telini görüb onu qoparmaq – çoxlarına sakitləşdirici bir davranış kimi görünür. Elə bil, bu cür hərəkətlər bizi "mükəmməlliyə" yaxınlaşdırır. Amma bu doğrudanmı belədir?

News24.az lent.az-a istinadla bununla bağlı məlumatları təqdim edir:

Bəzi hallarda dərinizə toxunmamaq bədəniniz üçün göstərə biləcəyiniz ən yaxşı qayğıdır. Öz görünüşünü mükəmməlləşdirməyə çalışarkən, bəzən bilmədən özünüzə daha çox zərər verirsiniz.

Təmiz dəriyə aludəçilik – qalibin olmadığı mübarizə

Dəri – bədənimizin bərpa və qoruma funksiyaları olan güclü orqanıdır. Lakin biz çox vaxt ona mane oluruq.

Toxunmamaq lazım olan hallar:

1. Sızanaqlar və qara nöqtələr

Üzdəki qüsurları sıxmaq istəyi başa düşüləndir, amma bu zaman irin və bakteriyalar dəridən çıxmaq əvəzinə daha dərinə gedir. Nəticədə iltihab artır, dərialtı düyünlər, izlər və çapıqlar yaranır.

Doğru yanaşma: sızanağa xüsusi yerli vasitə çəkin və onun təbii yolla sağalmasını gözləyin.

2. Dırnaq ətrafındakı dəri parçaları (zadirkalar)

Dırnaq ətrafındakı kiçik qopmuş dəri parçasını qoparmaq istəyi infeksiya riski yaradır. Bu çatlardan bakteriyalar daxil olub iltihaba, yəni paronixiyaya səbəb ola bilər.

Doğru yanaşma: həmin nahiyəni steril qayçı ilə kəsin və antiseptiklə təmizləyin.

3. Yaraların üstündəki qaysıqlar

Yaralarda yaranan quru qaysıqları qoparmaq düzgün deyil – onlar orqanizmin yaratdığı qoruyucu baryerdir. Onu qoparmaq sağalma prosesini pozur və çapıq izi yarada bilər.

Doğru yanaşma: toxunmayın və sağalma prosesini təbii buraxın.

Dəri ilə bilavasitə bağlı olmasa da, diqqət tələb edən başqa hallar:

4. Ağ saç telləri

"Ağ saç telini qoparsan, daha çoxu çıxar" – bu mifdir. Amma tək bir saçı qoparmaqla siz saç kökünü zədələyə, hətta həmin nahiyədə saç çıxmasını dayandıra bilərsiniz. Bəzən orada mikro çapıq da qala bilər. Üstəlik, əlləriniz təmiz deyilsə, infeksiya riski artır.

Doğru yanaşma: ağ saç narahat edirsə, onu kəsin və ya saç boyasından istifadə edin.