"Instagram"a yeni funksiya gəldi
Maraqlı
"Instagram" qarşılıqlı izləməni önə çıxaran yeni funksiyanı test edir.
News24.az xəbər verir ki, platformada “izləyicilər” və “izlənilənlər” bölmələrindən əlavə “dostlar” siyahısı yaradılır. Bu siyahıda yalnız bir-birini qarşılıqlı izləyən hesablar görünəcək.
Yeni interfeys sosial əlaqələrdə interaktivliyi vurğulayır və istifadəçiyə real əlaqələrini daha aydın görmək imkanı yaradır. “Dostlar” siyahısı hazırda A/B test mərhələsindədir və hələlik bütün istifadəçilər üçün aktiv deyil.