Səhranın ortasında "mənzil": "TikToker"in videosu müzakirə yaratdı – Video

Səhranın ortasında "mənzil": "TikToker"in videosu müzakirə yaratdı – Video Maraqlı

Xarici "TikToker" səhifəsində nəfəskəsən bir görüntü paylaşıb. Belə ki, o, dünyaca məşhur ev kirayələmə saytından İrodaniyada tapdığı mənzilin videosunu yayımlayıb.

News24.az xəbər verir ki, "ev" Vadi-Ram səhrasının ortasında yerləşən açıq çarpayıdan ibarətdir.

Açıq səma altındakı "otağın" birgecəlik qiyməti 40 ABŞ dollarıdır. Qayalıqla əhatə olunub və ətrafda kərtənkələlər qaçır.

Qeyd edək ki, görüntü o qədər qeyri-adidir ki, bloger izləyiciləri videonun süni intellektlə hazırlanmadığına inandırmağa məcbur olub.