"iPhone 17e" bu tarixdə satışa çıxır
Maraqlı
Gələcək “iPhone 17e” modeli “Apple”ın yeni smartfonlarının dizaynı ilə satışa çıxarılacaq.
News24.az xəbər verir ki, bu barədə tanınmış insayder “Digital Chat Station” məlumat yayıb. “Weibo” bloqunda mütəxəssis yazıb ki, “iPhone 17e” “Apple”ın növbəti aşağı büdcəli modeli olacaq və 2026-cı ilin birinci yarısında satışa çıxacaq. Cihazda “Dynamic Island” (“Dinamik ada”) adlı interaktiv ekran çıxıntısı olacaq. Bu dizayn elementi ilk dəfə “iPhone 14 Pro” modelində təqdim olunub. Hazırda bu element “iPhone 16e” istisna olmaqla, bütün yeni “Apple” smartfonlarında mövcuddur.
Bununla belə, “Apple” mühəndisləri ekran keyfiyyətini artırmağı planlaşdırmırlar. “Digital Chat Station”ın sözlərinə görə, “iPhone 17e” modelində “iPhone 16e”dən tanış OLED ekran istifadə olunacaq. Cihaz 6,1 düymlük ekran, 2532×1170 piksel icazə, 1200 nit maksimal parlaqlıq və 60 Hz yeniləmə tezliyi ilə təchiz ediləcək. Halbuki “iPhone 17” seriyasının digər modelləri 120 Hz tezlikli ekrana malikdir. Ehtimal olunur ki, bu qərar “Apple”ın yeni smartfonun komponentlərinə qənaət strategiyası ilə bağlıdır.
Qeyd edək ki, “iPhone 16e” modeli 2025-ci ilin fevralında təqdim olunub və 599 dollara satışa çıxarılıb.