"iPhone 18 pro" ilə bağlı gözlənilməz qərar - "Apple" imtina etdi

"iPhone 18 pro" ilə bağlı gözlənilməz qərar - "Apple" imtina etdi Maraqlı

Apple” şirkəti “iPhone 18 Pro” modelini cəmi üç rəngdə təqdim etməyi planlaşdırır.

News24.az xəbər verir ki, şirkət smartfonları satışa tünd qırmızı, açıq mavi və gümüşü-boz rənglərdə çıxaracaq.

Siyahıda qara rəngin yer almadığı bildirilir.

Qeyd edək ki, “iPhone 17 Pro” da narıncı, mavi və gümüşü olmaqla üç rəng variantında satışa çıxarılmışdı.

Yeni modelin əsas rənginin isə tünd qırmızı olacağı iddia edilir.

Son məlumatın rəsmi təsdiqi sentyabrda gözlənilən təqdimat zamanı məlum olacaq.