"iPhone"-larda yeni problem - Sönən telefonlar açılmır

"iPhone"-larda yeni problem - Sönən telefonlar açılmır Maraqlı

“iPhone Air” istifadəçiləri cihazın batareyasının tam boşaldıqdan sonra açılmaması ilə bağlı şikayət ediblər.

News24.az xəbər verir ki, zərərçəkənlər bildiriblər ki, onlar telefonu uzun müddət enerji yığılması üçün saxlasalar da, cihaz işə düşməyib.

Forumlarda aparılan müzakirələrdə və qeyri-rəsmi tövsiyələrdə smartfonun fəaliyyətinin bərpası ilə bağlı müxtəlif alternativ üsullar qeyd olunub.

Xüsusilə, “USB-C Power Delivery” əvəzinə “USB-A” girişli kabel ilə qoşulma və “MagSafe” daxil olmaqla simsiz enerji alətindən istifadə tövsiyə edilib.

İstifadəçilərin müşahidələrinə görə, bəzi hallarda cihaz belə enerji yığma üsullari ilə 15–30 dəqiqə sonra işə düşməyə başlayır.

Bildirilib ki, oxşar üsullar “Apple Store” mağazalarında da bu tip simptomları olan cihazların bərpası üçün istifadə olunur.

Məlumata əsasən, problem yalnız “iPhone Air” deyil, həm də mövcud seriyalardakı digər modellərə – o cümlədən “iPhone 17” seriyasına və bəzi “iPhone 16” modellərinə də təsir edir.

Bəzi istifadəçilər bu nasazlığın iOS 26.4 yeniləməsi və iOS 26.5 beta versiyası ilə bağlı ola biləcəyini düşünürlər.

“Apple” tərəfindən problemin səbəbi və həlli ilə bağlı hələ rəsmi açıqlama verilməyib. /PhoneArena/