İsti havada spirtli içki qəbul edənlərə xəbərdarlıq
Maraqlı
İsti havada spirtli içki qəbul etmək orqanizm üçün son dərəcə təhlükəlidir və yaşından asılı olmayaraq, hər kəsdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.
News24.az xəbər verir ki, bunu Rusiya Dövlət Maarifləndirmə Universitetinin cərrahı Aleksandr Umnov deyib.
Mütəxəssisin sözlərinə görə, istidə alkoqol qəbulunun əsas fəsadları aşağıdakılardır:
• Ürək-damar riskləri:
İsti hava və alkoqolun birləşməsi qanı qatılaşdırır, təzyiqi kəskin qaldırır, ürək xəstəliklərini ağırlaşdırır və qəfil tromb qopması riskini yaradır.
• Hissiyyatın zəifləməsi:
Sərxoşluq hissi reaksiyaları kütləşdirir. Nəticədə insan günvurmanı hiss etməyə bilər və ya çimərlikdə yatıb qalaraq bədənin həddən artıq qızmasına məruz qala bilər.
• Daxili orqanların zədələnməsi:
Alkoqolu yağlı qidalarla (məsələn, kababla) birləşdirmək qaraciyər və mədəaltı vəziyə sarsıdıcı zərbə vurur.
• Sürətli sərxoşluq:
Pivə və kokteyl kimi yüngül içkilərin tərkibindəki karbon qazı spirtin qana və beyinə daha sürətlə keçməsinə səbəb olur.
Həkim xatırladıb ki, narkoloji baxımdan alkoqolun təhlükəsiz dozası yoxdur, çünki hətta minimal miqdar belə asılılıq yarada bilir. /Gazeta.ru/