Kardioloqdan xəbərdarlıq: Qış ayları ürək çatışmazlığı olanlar üçün risklidir
Maraqlı
Kardiologiya mütəxəssisləri qış aylarının ürək çatışmazlığı olan xəstələr üçün əlavə risklər yaratdığını bildiriblər.
News24.az xəbər verir ki, onların sözlərinə görə, soyuq hava damarların daralmasına səbəb olur və ürəyə düşən yükü artıraraq nəfəs darlığı, yorğunluq və ödəm kimi şikayətləri gücləndirə bilər.
Mütəxəssislər soyuqdan qorunmağın, ani temperatur dəyişikliklərindən uzaq durmağın, qalın geyinməyin və çox soyuq havada, xüsusilə səhər saatlarında çölə çıxmamağın vacib olduğunu vurğulayıb.
Onlar həmçinin ev mühitinin nə çox soyuq, nə də həddindən artıq isti saxlanılmasını tövsiyə edib.
Professorlar qış aylarında infeksiyaların ürək çatışmazlığını ağırlaşdıra biləcəyini qeyd edərək, qrip və pnevmoniya peyvəndlərinin önəmini, duz və maye qəbuluna nəzarət edilməsinin, eləcə də dərmanların həkim məsləhəti olmadan dayandırılmamasının vacibliyini xatırladıb.