Kod yazaraq dünyanı dəyişdirən adam - Bill Qeytsin iş təklifinə "yox" demişdi

Kod yazaraq dünyanı dəyişdirən adam - Bill Qeytsin iş təklifinə "yox" demişdi Maraqlı

Larri Ellison 17 avqust 1944-cü ildə ABŞ-də Manhettendə anadan olub. Tam adı Lourens Cozef Ellisondur. 9 aylıq olarkən pnevmoniyaya yoluxduqdan sonra anası onu bibisi Lilan və əmisi Lui ilə birlikdə yaşamaq üçün Çikoqoya göndərdi. Sonradan onlar tərəfindən övladlığa götürüldü.

News24.az bildirir ki, Ellison liseyi bitirdikdən sonra 1962-1964-cü illərdə İllinoys Universitetində kompüter dizaynı üzrə təhsil aldı. Lakin anası kimi qəbul etdiyi bibisinin vəfatından sonra universiteti tərk etdi. Daha sonra 1964-1966-cı illərdə Çikaqo Universitetində təhsil aldı, lakin buranı da bitirmədi. 1966-cı ildə, 22 yaşında olarkən Kaliforniyanın Berkli şəhərinə köçdü və burada texnologiya sənayesində işləməyə başladı.

İlk iş təcrübələri və “Oracle” şirkətinin yaradılması

Kaliforniyaya gəldikdən sonra Ellison müxtəlif sahələrdə, o cümlədən “Wells Fargo” və “Amdahl” kimi böyük şirkətlərdə işlədi. 1970-ci illərdə isə “Ampex” şirkətində işləyərək Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) üçün “Oracle” adlı verilənlər bazası layihəsi üzərində işləməyə başladı.

Ellison “IBM”də işləyərkən, “relational verilənlər bazası” konsepsiyasını yaradan və məlumatların saxlanılması və əldə edilmə üsulunu dəyişən britaniyalı alim Edqar Coddun məqaləsini oxuyaraq bu sahəyə maraq göstərdi.

1977-ci ildə o, Bob Miner və Ed Oates ilə birlikdə “Software Development Laboraties” (Proqram İnkişafı Labaratoriyaları) adlı ilk şirkətini qurdu. Şirkətin ilkin kapitalı 2000 dollar idi və bunun 1200 dollarını Ellison özü verdi.

CIA layihəsindən ilhamlanaraq, ilk proqram təminatlarını “Oracle2” adlandırdılar, baxmayaraq ki, “Oracle 1” adlı versiya heç vaxt mövcud olmayıb. 1979-cu ildə şirkətin adı “Relational Software Inc.” olaraq dəyişdirildi, bu ad Edqar Coddun məqaləsində istifadə etdiyi terminə əsaslanırdı. 1982-ci ildə isə şirkətin flaqman məhsulunun adı “Oracle”oldu.

"Oracle" sürətlə böyüyərək 1986-cı ildə birjaya çıxdı və 55 milyon dollar sərmayə topladı. Bu, onun beynəlxalq texnologiya nəhənginə çevrilməsinin ilk adımı idi. 

Larri Ellisonun sərvəti və Texnologiya dünyasındakı yeri

2017-ci ildə “Forbes” Ellisonun sərvətini 59,2 milyard dollar olaraq qiymətləndirdi. 2024-cü ilin məlumatına görə, onun sərvəti 135 milyard dolları keçib və o, dünyanın ən varlı şəxslərindən biri hesab olunur.

Ellison sertifikatlı pilotdur və boş vaxtlarında təyyarə uçurtmağı sevir. Hətta sovet istehsalı olan iki Mikoyan MİQ-29 döyüş təyyarəsinə sahibdir.

Ellison biznes karyerasına CIA üçün hazırladığı layihə ilə başladı və sərvətini “Oracle” proqram şirkəti vasitəsilə qazandı. Onun biznes imperiyası “PeopleSoft” və  “Sun Microsystem” kimi iri texnologiya şirkətlərini satin alması ilə daha da böyüdü.

2004-cü ildə Ellison “PeopleSoft”şirkətini 10 milyard dollara satın aldı. 2009-cu ildə isə “IBM” və  “Hewlett-Packard” ilə sərt rəqabət apararaq “Sun Microsystem” şirkətini əldə etdi və bununla da MySQL verilənlər bazasına nəzarəti ələ keçirdi.

Ellison 1997-ci ildə Stiv Cobs tərəfindən “Apple” şirkətinin direktorlar şurasına dəvət olunsa da, bu təklifi qəbul etmədi.

2010-cu ildə, 65 yaşında olarkən, “Oracle” şirkətinin rəhbərliyini Mark Hurd və Safra Catz kimi etibar insanlara həvalə edərək həyatını daha çox fərdi layihələrə həsr etdi

İnvestisiyalar və şəxsi maraqları

2012-ci ildə o, Havay adalarındakı Lanai adasının 98 fazini təxminən 500 milyon dollara satın aldı. Burada otelləri yenidən bərpa etdirdi və adaya gedişi-gəlişi təmin etmək üçün iki hava yolu şirkəti aldı. Ekoloji cəhətdən təmiz enerji layihələrinə yatırım edərək, adanı yaşıl enerji ilə işləyən bir cəmiyyətə çevirmək istəyir. Bu səbəbdən, 2014-cü ildə “Oracle”şirkətini baş direktoru vəzifəsindən rəsmi şəkildə istefa verdi.

Ellison dəbdəbəli mülklərə də sahibdir. 2004-cü ildə Kaliforniyanın Vudsayd şəhərində 9 il müddətində tikdirdiyi 70 milyon dollarlıq ev 16-cı əsr Yapon İmperator Sarayından ilhamlanaraq inşa edilib və 9 hektar əraziyə yayılıb.

Partnyoru Bob Miner 1994-cü ildə vəfat etdikdən sonra Ellison bir qədər dəbdəbədən uzaqlaşaraq elmi və texnoloji inkişaflara daha çox diqqət etməyə başladı. 

O, dünyanın müxtəlif yerlərində seminarlar, konfranslar və xeyriyyə tərtiblərinə qatılaraq milyonlarla dollar ianə edir. O, Qırmızı Xaç, Qızıl Aypara və Lourens Fondu vasitəsilə müxtəlif xeyriyyə layihələrinə böyük məbləğdə maliyyə yardımı edib.

“Burada oturaraq saniyədə 200 dollar qazanıramsa, heç kim ac qalmasın” ifadəsi onun xeyriyyəçi xarakterini əks etdirir. /valyuta.az