Konfrans iştirakçıları Ağdərədə kütləvi məzarlıqda - Foto
Maraqlı
Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağdərədə aşkarlanan kütləvi məzarlıq ətrafında olan ərazidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
News24.az xəbər verir ki, konfrans iştirakçılarına kütləvi məzarlıq və Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə minalanmış ərazilər barədə məlumat verilib.