Kosmosda əsl şəkər aşkarlandı
Maraqlı
Alimlər ilk dəfə kosmosda şəkər molekulu aşkarlayıblar.
News24.az xəbər verir ki, söhbət fruktoza ilə eyni kimyəvi ailəyə aid olan eritrolozadan gedir.
Beynəlxalq alimlər qrupu bu molekulu Yerin mərkəzindən təxminən 27 min işıq ili uzaqda yerləşən G+0.693−0.027 molekulyar buludunda aşkar edib.
Eritroloza ulduzlararası mühitdə indiyədək aşkar edilmiş ən böyük qeyri-tsiklik molekullardan biridir.
Onun tərkibində 14 atom, o cümlədən dörd oksigen atomu var.
Tədqiqatçılar hesab edirlər ki, milyardlarla il əvvəl asteroid və meteoritlərin Yerə çırpılması nəticəsində böyük miqdarda eritroloza planetimizə daşınıb.
Hesablamalara əsasən, 4,1–3,9 milyard il əvvəl Yerə yarım milyon tondan 50 milyon tona qədər bu maddə çatdırılmış ola bilər.
Alimlər hesab edirlər ki, kosmosdan gələn bu cür maddələr Yerdə həyatın yaranması üçün ilkin kimyəvi “tikinti materiallarını” təmin edib.
İndiyədək ulduzlararası mühitdə 340-dan çox müxtəlif molekul aşkarlansa da, əsl şəkər ilk dəfə müəyyən edilib.